“Taliban” terrorçu qrupunun üzvləri 2016-cı ilin avqustunda qaçırdıqları Kabildəki Amerika universitetinin müəllimlərinin videogörüntülərini yayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Guardian” nəşri yazır. Xəbərə görə, 13 dəqiqəlik videoda 60 yaşlı amerikalı Kevin Kinq və 48 yaşlı Timoti Viks ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan azad olunmalarına kömək etməsini istəyirlər. Bunun qarşılığında isə terrorçular özlərinin Baqramdakı türmədə saxlanan tərəfdarlarının tələb edir.
Xatırladaq ki, ötən il avqustun 7-dən müəllimlər terrorçuların əlindədir.