Əfqanıstanın paytaxti Kabildə ikiqat terror aktı törədilib.
Baki-xeber.com-un “life.ru”ya istinadən xəbərinə görə, partlayışlardan birini intiharçı törədib, ikinci partlayış isə minalanmış avtomobilin partlaması nəticəsində baş verib. Nəticədə, son məlumata görə, 38 nəfər həlak olub, 80 nəfər yaralanıb.
Terror aktının məsuliyyətini “Taliban” öz üzərinə götürüb.