ABŞ-ın 45-ci prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlamasına 10 gün qalmış New Yorkdaki “Trump Tower”də Çinin elektronik nəhəngi “Alibaba” şirkətinin sahibi Jack Ma ilə görüşüb.
Baki-xeber.com-un “yenişafak”a istinadən xəbərinə görə, görüşün ardından Tramp “Çox gözəl bir toplantı keçirdik. Jack çox gözəl bir iş adamıdır, dünyadakı ən yaxşılardan biridir. Biz onunla birlikdə çox gözəl işlər görəcəyək” açıqlamasını verib.
Ma isə Çin və ABŞ arasında ticari əlaqələrin söhbətin əsas motivini təşkil etdiyini bildirib. Maraqlıdır ki, Çin – ABŞ münasibətlərinin gərgin dönəmdən keçdiyi bir dövrə təsadüf edən bu görüş dərhal sözügedən şirkətin aksiyalarının dəyər qazanmasına səbəb olub.