Rusiya vətəndaşı İqor Ryabçuk İndoneziyada qraq-çəkicli köynəyinə görə saxlanıb.
Baki-xeber.com-un life.ru saytına istinadən xəbərinə görə, rusiyalı yanlış geyim üzündən bu ölkədə az qala 12 il həbs alacağmış. Xəbərə görə, Ryabçuk əslində Yeni ili “Qırmizi xoruz” təqvim ilinə uyğun olaraq qırmızı köynəkdə qarşılamaq istəyib. Bu rəngdə köynəyi isə həm də sinəsində kommunizm simvolu olan oraq-çəkic təsvirli olub və dərhal yerli polisin diqqətini çəkib. Məsələ burasındadır ki, İndoneziyada kommunizm 1965-ci ildə uğursuz dövlət çevrilişi cəhdinin ardından qadağan olunub.