Rusiyanın Afina Səfirliyində yüksək vəzifə tutan məmurun yaşadığı evdə meyiti aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə, yunan mətbu orqanları 55 yaşlı Andrey Malanin adlı diplomatın bazar ertəsi işə çıxmaması və telefonlara cavab verməməsinin narahatlığa səbəb olduğunu yazıb. Nəticədə diplomatın evinə gedən səfirlik əməkdaşları Afinanın mərkəzində binanın üçüncü mərtəbəsində qaldığı mənzildə onun ölüsünü aşkarlayıb
Hazırda rusiyalı diplomatın hansı səbədən öldüyü araşdırılır.