ABŞ xüsusi təyinatlıları Suriyada İŞİD-ə aid düşərgəyə hücum edib. Baki-xeber.com xəbər verir ki, bölgəyə göndərilən ABŞ xüsusi təyinatlıları terrorçuların Deyr əz-Zor şəhəri yaxınlığında yerləşən düşərgəsinə basqın edib və çox sayda yaraqlını məhv edib.
Məlumatı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçülərindən Ceff Davis də təsdiqləyib. Ancaq o, 2015-ci ildə Suriya və İraqda İŞİD liderlərinə qarşı əməliyyatlar aparmaq üçün bölgəyə göndərilən xüsusi təyinatlıların, əməliyyatı zamanı hər hansı bir İŞİD üzvünü sağ ələ keçirmədiyini deyib. Düşərgədəki terrorçuların hamısı məhv edilib.
Əməliyyat barədə detallara toxunmayan Davis “bu əməliyyatları əvvəllər də keçirdik və keçirməyə davam edəcəyik" deyə bildirib.