Suriya prezidenti Bəşər Əsəd Astanada Suriya böhranının çözümü üzrə görüşdə ölkədə konstitusiya referendumu keçirilməsinin müzakirə olunmasının mümkünlüyünü istisna etməyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə SANA agentliyi xəbər yayıb. Xəbərə görə, Əsəd deyib ki, konstitusiya prezidentə və ya müxalifətə aid deyil, konstitusiya Suriya xalqına aid olmalıdır, bunun üçün isə referendum keçirilməlidir. Əsədin sözlərinə görə, bu, Astana görüşünün əsas suallarından birini təşkil etməlidir. Əsəd, eyni zamanda, Suriya böhranının müzakirə olunacağı bu görüşdə iştirak etməyə hazır olduğunu da bildirib.
Onun sözlərinə görə, bu danışıqların keçirilməsi üçün “heç bir məhdudiyyət yoxdur”.
Daha öncə isə Suriya prezidenti bəyan edib ki, hökumət silahlı müxalifətə amnistiyadan yararlanma təklif edəcək.