İran və ABŞ donanması arasında insident yaranıb. Baki-xeber.com xəbər verir ki, insidentə səbəb İran İnqilab Keşikçilərinə aid dörd gəminin dünən Hörmüz boğazında ABŞ gəmilərinə 800 metrə qədər yaxınlaşması səbəb olub.
Adı açıqlanmayan ABŞ rəssmilərindən birinin “Reuters”ə verdiyi məlumata görə, öncə ABŞ donanmasına aid “USS Mahan” döyüş gəmisindən İran donanması ilə əlaqəsi qurulub. Ancaq gəmilər bu xəbərdarlığa məhəl qoymayıb. Sonra donanmaya aid bir helikopetrden havaya fişəng atılıb. Yenə də “USS Mahan” və ətrafındakı digər döyüş gəmilərinə 800 metrə qədər yaxınlaşan İran gəmiləri istiqaməti dəyişməyib. ABŞ gəmiləri bu dəfə İran gəmilərinə 3 dəfə xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb.