İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 83 yaşında vəfat edib.
Baki-xeber.com-un FARS agentliyinə istinadən xəbərinə görə, eks-prezident Tehran xəstəxanasında ürək tutmasından dünyasını dəyişib.
Rəfsəncani 1934-cü ildə anadan olub. İslam İnqilabına qədər dövlətə qarşı şıxışlarına görə 5 dəfə həbsə düşüb. İnqilab sonrası isə keçid hökumətinin tərkibinə alınıb. 1989-cu ilin avqustunda prezident seçilib və 1997-ci ilə kimi iki dönəm ölkəyə rəhbərlik edib. 2005-ci ildən Ali dini lider Əli Xamneyinin yanında Məşvərət Şurasına rəhbərlik edirdi.