Suriyanın Aazez şəhərində məhkəmə binası önündə törədilən terror aktı nəticəsində 60 nəfər həlak olub, 50-dən çox yaralı var.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, terrorçuların əsas hədəfi məhkəmə binası olub. Agentliyin yerlimənbələri istinadən xəbərinə görə, binaya da ciddi ziyan dəyib.
Qeyd edək ki, Aazez şəhəri hazırda Azad Suriya Ordusunun nəzarətindədir. Bundan öncə isə şəhər dəfələrlə terror hücumlarına məruz qalıb.