İsrail Dövləti BMT-nin büdcəsinə 6 milyon dollar üzvlük haqqını ödəməkdən imtina edib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, buna səbəb qurumun İsrailin Fələstin torpaqlarında yaşayış məntəqələri inşa etməsini qadağan edən qətnamə qəbul etməsidir. Xəbərə görə, İsrail tərəfi bildirib ki, bu məbləğ BMT büdcəsinin bir hissəsini təşkil etməklə beynəlxalq təşkilatın anti-İsrail planlarını həyata keçirməsinə xidmət edir: “Bu səbəbdən İsrailin həmin məbləği ödəməsi ağılsızlıqdır”- Təl-Əvivdən bildirilib.
Xatırladaq ki, daha öncə ABŞ Konqresinin Nümayəndələr Palatası BMT-nı İsrailin mübahisəli ərazilərdə yaşayış məskənləri salmasına “yaşıl işıq” yandırmaqda ittiham edib. 2016-cı il dekabrın 23-də isə BMT İsrailin sözügedən fəaliyyətini qadağan edən qətnamə qəbul edib.