ABŞ-ın yeni prezidenti Donald Tramp CIA, NSA, FBI və ABŞ Milli Kəşfiyyat direktorları ilə bir araya gəlib. Baki-xeber.com xəbər verir ki, kəşfiyyat qurumlarının rəhbərləri görüşdə Rusiyanın seçkilərə müdaxiləsilə bağlı Trampı məlumatlandırıb.
Görüşdən sonra Tramp açıqlama verib. O deyib ki, Rusiya, Çin və başqa ölkələr, xarici qruplar və insanlar mütəmadi olaraq hökumət təşkilatlarına, iş yerlərinə, Demokratik Milli Komitənin də aralarında olduğu təşkilatlara sızmağa çalışıb: “Ancaq bunu seçkinin nəticələrinə heç bir təsiri olmayıb".
Respublikaçı Partiyanın da kiber hücumlara məruz qaldığını deyən Tramp, güclü müdafiə sistemləri sayəsində bunların qarşısının alındığını bildirib. Ağ Evə keçdikdən sonra 90 gün ərzində kiber hücumlarla mübarizə aparmaq üçün xüsusi bir qrup yaradacağını bildirib.