Meksikada benzinin bahalaşmasına etiraz olaraq ölkə boyu yayılan kütləvi etiraz aksiyaları nəzarətdən çıxıb. Baki-xeber.com xəbər verir ki, ölkədə kütləvi talanlar başlayıb. Ən az 300 mağaza qarət edilib.
Xatırladaq ki, hökumət, keçən həftə varlı təbəqənin haqsız qazanc əldə etməsinə imkan verdiyini əsas gətirərək benzin və mazut qiymətlərinə təsir edən qərarlar verib. Dövlət başçısı Enrique Pena Nieto da qiymətlərin 20 faiz bahalaşmasına yol açan qərarı dəstəkləyib.
Qərardan sonra ölkəni etiraz aksiyaları bürüyüb və aksiyalar nəzarətdən çıxıb. Biri polis, iki nəfərin ölümü ilə nəticələnən hadisələrdə 700-dən etirazçı saxlanıb. Polis qaz stansiyasında qarətin qarşısını almağa çalışarkən öldürülüb. Ölən digər şəxs isə bir dükanı qarət etmək istəyən qrupun idarə etdiyi yük avtomobilinin altında qalıb.
Mağazaların necə qarət edilməsini göstərən video da yayılıb. Etirazçılar oyuncaqdan tutmuş mebel, tualet kağızınadək əllərinə keçən hər şey bir an içində talan edib.
Ölkəni bürmüş etirazlar hava limanlar, ticarət mərkəzləri kimi bir çox sahələrə də təsir edib. Məlumat görə, etirazçılar əsas yolları bağlayır, yanacaqdoldurma məntəqələrinə də bsqın edirlər.
Təkcə Veracruz əyalətində 15 mindən çox mağaza qarət təhlükəsilə bağlanıb.
Etiraz aksiyaların davam edir.