Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana dönmək istəyir. Baki-xeber.com xəbər verir ki, Saakaşvili, dəstəklədiyi ana müxalifət partiyası Birləşmiş Milli Hərəkatının 20 yanvarda Tiflisdə keçiriləcək konqresinə qatılmaq niyyətindədir.
Saakaşvili Tiflis bələdiyyəsinin keçmiş sədri Gigi Uqulavanın həbsdən buraxılmasını alqışlayıb. Saakaşvili onun heç bir cinayət işləmədiyi halda, siyasi səbəblə həbs olunduğunu bildirib.
Haqqında həbs qərarı çıxarıldığı üçün təxminən 3 ildir Ukraynada yaşayan Saakaşvili, keçmiş qrupundan Uqulava kimi bir neçə adamın da Gürcüstan həbsxanalarında siyasi səbəblərə görə həbsdə olduğunu bildirib: "Biz, digər siyasi məhbusların da dərhal sərbəst buraxılmasını, mənim də problemsiz bir şəkildə Gürcüstana gələrək xalqla görüşmək və Birləşmiş Milli Hərəkatının 20 yanvarda keçiriləcək konqresinə qatılmağımı tələb etməliyik".