ABŞ-da ötən il 6 noyabr tarixində keçirilən prezident seçkisində Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsinin dəqiqləşməsinin ardından bu ölkədəki Rusiya diplomatlarının qələbəni bayram etdiyi iddia olunur.
Baki-xeber.com-un “habertürk”ə istinadən xəbərinə görə, bu barədə ABŞ kəşfiyyatının hazırkı prezident Barak Obamaya təqdim etdiyi hesabatda deyilir. Hesabatdan sızan ilk bilgiləri yayan “Washington Post”un iddiasına görə, yüksək rütbəli Rus diplomatlar seçim gecəsi Donald Trampın zəfəri dəqiqləşdikdən sonra durumu bayram edib. Hesabatda, həmçinin, Rusiyanın həmin andan “Amerika siyasətini baltalamaq” üzrə planlı bir hərəkətə keçdiyi iddia edilir. O da bildirilir ki, Hillari Klintona aid materialların “Wikileaks”ə sızdırılması da bu planın tərkib hissəsi olub. Lakin “Wikileaks2-in qurucusu Julian Assanj baş verənlərdə Rusiya faktorunu inkar edir.