ABŞ kəşfiyyatı rusiyalı hakerlərlə “WikiLeaks”-in əlaqələrini aşkarlayıb.
Baki-xeber.com-un life.ru-ya istinadən xəbərinə görə, bu barədə yanvarın 5-də Barak Obamaya təqdim edilən məxfi məruzədə bildirilir. Xəbərə görə, amerikan kəşfiyyarçıları rus hakerlərlə “WikiLeaks” arasındakı vasitəçilərin kimliyini təsbit edib. CNN kanalı bildirir ki, sözügedən sənəddə həmin məmurların adı çəkilir.
Xatırladaq ki, daha öncə “Fox News” telekanalına müsahibəsində Julian Assanj Demokratlar partiyasının sındırılmış serverindən oğurlanan materialların yaradıcısı olduğu sayta rus hakerlər tərəfindən verildiyini inkar edib.