İsrail Baş naziri Benyamin Netanyahunun hədiyyələr aldığı daha bir iş adamının adı gündəmə gəlib.
Baki-xeber.com-un xəbərinə görə, bu, Netanyahunun illərdir dostluq etdiyi kiniprodüser və New Regency Films şirkətinin sahibi Arnon Milçendir. Biznesmeni gündəmə gətirən İsrail televiziyasının ikinci kanalı onun 7-8 ildir Baş nazirə bahalı siqarlar, xanımı Saraya isə brend şərablar hədiyyə etdiyi barədə xəbər yayıb. Lakin Baş nazırın yaxın ətraxı deyilənlərə qəti etiraz edərək bildirib ki, söhbət illərdir ailənin dostu və yaxını olan insandan gedir, dostun isə dosta hədiyyələr verməsi tam normaldır.
Xatırladaq ki, İsrail Dövlətinin Baş naziri bir sıra iş adamlarından bahalı hədiyyələr almaqla korrupsiyada ittiham olunur. Bu günlərdə hüquq-mühafizə orqanlarının ifadəsini aldığı Baş naziri milyarder Ron Lauder də ittiham edib və özünün ona bahalı hədiyyələr verdiyini, hətta oğlu Yairin xarici səfərinə sponsorluq etdiyini bildirib.