Türkiyənin İzmir şəhərində partlayış baş verib. Baki-xeber.com milliyet.com.tr-yə istinadən xəbər verir ki, partlayış İzmir məhkəməsi binasının qarşısında iki bomba yüklü avtomobillə törədilib.
Ilkin məlumatlara görə, hadisə nəticəsində 10 nəfər yaralanıb, iki nəfər isə həlak olub. Onlardan biri polis, digəri məhkəmə icraçısıdır. Hadisənin üç terrorçu tərəfindən törədildiyi bildirilir. Partlayışın terrorçularla ilə polis arasında atışma olub. Terrorçulardan ikisi öldürülüb, digərinin axtarışı isə davam edir.