NATO ölkəsinə məxsus olduğu ehtimal edilən hərbi təyyarə Kuril adaları üzərində təhlükəli həddə Rusiyanın sərnişin təyyarəsinə yaxınlaşıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə ötən gecə baş verib. Xəbərə görə, “Bombardier” sərnişin təyyarəsi Saxalindən Kuril adalarına uçurmuş. Güc orqanlarındakı mənbənin “İnterfax”a bildirdiyinə görə, mümkün toqquşmanın qarşısını almaqdan ötrü sərnişin təyyarəsi maksimal həddə aşağı endirilib və bunun sayəsində təhlükə sovuşub.