Rusiya Müdafiə Nazirliyi MKİ-nin “Suriyada yandırılan ərazilər” ittihamına cavab verib.
Baki-xeber.com-un “Novaya qazeta”ya istinadən xəbərinə görə, Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, onsuz da Suriyada baş verənlər üçün gec-tez hər kəs cavab verməli olacaq. Cənab Brennanın sözügedən bəyanatı isə “sual-cavab günündə” özünü təmizə çıxarmaqdan ötrü zəmin hazırlamaq cəhdindən başqa bir şey deyil.
Konaşenkovun sözlərinə görə, “beynəlxalq koalisiya hələ Rusiya HKQ-nin suriyaya müdaxiləsindən xeyli əvvəl – 2012-ci ildən ardıcıl şəkildə buradakı legitim hökumətin maksimal dərəcədə zəiflətmək məqsədilə iqtisadi infrastrukturu məhv etmişdi və bu zaman dinc əhalini qətiyyən nəzərə almamışdı”.
Konaşenkov onu da deyib ki, “ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hava zərbələri təəccüblü şəkildə İŞİD-in nəzarətində olan və neft emalından milyonlar qazandığı ərazilərə düşməyib”.
Xatırladaq ki, daha öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Rusiyanı Suriyada “yandırılmış ərazilər” taktikasından istifadədə ittiham edib.