ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Rusiyanı Suriyada “ərazi yandırma” taktikasından istifadədə günahkar sayır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, PBS telekompaniyasına açıqlamasında bildirib. Brennan deyib ki, Rusiya Əsəd rejiminə qarşı çıxanların hamısını terrorçu olaraq qəbul edib. Baş kəşfiyyatçının sözlərinə görə, Rusiyanın dostu Əsədi darda qoymayacağı öncədən ABŞ-a bəlli olub. O deyib ki, məhz bu səbəbdən də Rusiya belə “məsuliyyətsiz yola əl ataraq” xeyli sayda günahsız suriyalının ölümünə səbəb olub.
Xatırladaq ki, “ərazi yandırma” taktikası ordunun geriyə çəkilərkən buraxdığı əraziləri düşmənin əlinə keçməsin deyə genişmiqyaslı atəşə verməsidir. Bu zaman isə istisnasız olaraq, hərbi obyektlərlə yanaşı, mülki obyektlərin də külü göyə sovrulur.