ABŞ-ın Rusiyadakı səfirliyinə amerikalı diplomatların ailələrinin Kremldə keçirilən Yeni il şənliyində iştirak etməsi üçün 35 bilet göndərilib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, səfirlikdən bu jesti təqdir etdiklərini desələr də, diplomatların uşaqlarının həmin şənliyə gedib-getməyəcəyinə aydınlıq gətirməyiblər. “Biz ailələrimizin şəxsi planlarına şərh vermirik”- deyə səfirlikdən bildirilib.
Xatırladaq ki, dekabrın 29-da ABŞ Dövlət Departamenti Rusiyanın bu ölkədəki 35 diplomatı barəsində ölkədən xaric edilmə qərarı çıxarmış, bunun üçün onlara 72 saat vaxt vermişdi. Rusiya XİN-in Amerika diplomatlarına qarşı da eyni addımın atılması təklifinə isə prezident Putin etiraz etmişdi. Rurin demişdi ki, Moskva amerikan diplomatlarına problem yaratmaq fikrində deyil.
“Yolka bileti”nin məhz 35 ədəd olması isə Rusiya prezidentinin sözügedən olaya sülhsevər və bir qədər də zarafatyana cavabı sayıla bilər.