İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu barəsində açılan korrupsiya işi üzrə ifadə verib.
Baki-xeber.com-un xəbərinə görə, sorğu dünən axşam saatlarında Baş nazirin Qüdsdəki iqamətgahında keçirilib. “Jerusalem Post” yazır ki, Baş nazir 3 saata yaxın ifadə verib.
Xəbərdə o da qeyd olunur ki, ölkə prokurorunun verdiyi sanksiya əsasında keçirilən ifadə alınması prosesi həm də xəbərdarlıq xarakteri daşıyıb. Yəni onun diqqətinə çatdırılıb ki, İsrail qanunlarına görə yalan ifadə vermə də cinayət məsuliyyəti yaradır və ifadəsində səmimi olmazsa, barəsində yalan ifadə vermə maddəsilə də cinayət təqibi başlaya bilər.
Xatırladaq ki, Baş nazir Netanyahu və ailəsinin adı korrupsiya qalmaqalında çəkilir. Belə ki, onun özünün və ailə üzvlərinin yerli iş adamlarından yüz min şekel dəyərində hədiyyələr aldığı, bununla da dövlətin nüfuzuna xələl gəldiyi bildirilir.
Öz növbəsində Netanyahu barəsində deyilənləri qəbul etməyib.