“İslam dövləti” terrorçu təşkilatının bir qrup üzvü İraqın Samirə şəhərində Polis idarəsinə hücum edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı xəbər yayıb. Xəbərə görə, hücum nəticəsində azı 7 nəfər həlak olub.
Xatırladaq ki, daha öncə Bağdad yaxınlığında törədilən partlayış nəticəsində 35 nəfər həyatını itirmişdi.