ABŞ 35 rusiyalı diplomatı deportasiya edir. Baki-xeber.com xəbər verir ki, Vaşinqton, aralarında Rusiya kəşfiyyat direktorunun də olduğu 6 nəfərə də sanksiya tətbiq ediləcəyini bəyan edib.
Belə ki, rəsmi Vaşinqton Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri kəşfiyyat məqsədilə istifadə edildiklərini iddia edərək bağlanması barədə qərar verib. Vaşinqton və San Fransiskoda olan və persona non-qrata elan 35 rusiyalı diplomata isə 72 saat ərzində ölkədən ayrılması üçün vaxt verilib. “Reuters” yazır ki, Rusiyanın ABŞ-dakı səfiri qovulanların siyahısında yoxdur.
ABŞ həmçinin 6 Rusiya rəsmisinə sanksiya tətbiq edildiyini bəyan edib. ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yeni sanksiyalar Rusiyanın 6 vətəndaşı ilə birlikdə, Federal Təhlükəsizlik Xidməti (FSB) də daxil 5 təşkilatın əhatə edir. Bu təşkilatlar arasında Rusiyanın Baş Kəşfiyyat İdarəsi (GRU) də salınıb. Sanksiya siyahısına daxil edilən Rusiya vətəndaşlar arasında Xarici Kəşfiyyat İdarəsi (GRU) sədri İqor Korobov və onun iki birinci müavinləri Vladimir Alekseyev və Sergey Qizunov də var. Siyahıda BKİ-nin əvvəllər adı çəkilməyən daha bir əməkdaşı - İqor Kostyukovun da adı var. Siyahıda olan daha iki Rusiya vətəndaşı - Aleksey Belan və Yevgeni Boqaçovu FTB haker adlandırıb. Onlar artıq çoxdandır ki, beynəlxalq axtarışa verilib.
Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar seçki prosesini və təsisatlarını sarsıdan elementləri hədəfləyir.