Rusiyanın Dəməşqdəki səfirliyi dünən gün boyu iki dəfə atəşə tutulub.
Baki-xeber.com-un “Novaya gazeta”-ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 28-də Moskva vaxtı ilə saat 13:00 və 13:19-da Səfirlik kompleksi mina atəşinə məruz qalıb. Lakin xoşbəxtlikdən, Rusiya dipmissiyasının inzibatı binasının qarşısına düşən mina partlamayıb.Daha sonra ikinci mina da onun yaxınlığına atılıb, lakin xəsarət alan olmayıb.
Rusiya XİN sözügedən hadisələri “ekstremistlərin provokasiyası” adlandırıb.
Xatırladaq ki, bu ilin oktyabrında da Rusiyanın Suriyadakı dipmissiyasının binası “Cəbhət-əş-Şam” terrorçu qruplaşmasının nəzarətində olan ərazidən minaatanlarla atəşə tutulmuşdu. O zaman Rusiya tərəfi baş verənləri “Suriyada qanlı münaqişənin davam etməsində marağı olan ABŞ və bəzi müttəfiqlərinin provokasiyası” adlandırmışdı.