Suriyada Bəşər Əsəd hakimiyyətdən gedir. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Əsəd Suriyada növbəti seçkilərdə iştirak etməyəcək və hakimiyyəti başqa bir Suriya ələvisinə təhvil verəcək. Növbəti seçkiyə qədər Əsədin səlahiyyətləri də azaldılacaq.
Ancaq mənbə, İranın Əsədin taleyilə bağlı bu şərtlərlə hələlik razılaşmadığını deyir.
Xəbəri Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov da təsdiqləyib. Kortunov deyib ki, Türkiyə, Rusiya və İran Suriyada Əsədin gələcəyilə bağlı razılığa gəlib. "Növbəti seçkiyə qədər Əsəd vəzifəsinin başında olacaq, sonra vəzifəsini başqa bir Suriya ələvisinə təhvil verəcək" deyə o bildirib.
Kortunovun sözlərinə görə, üç ölkənin qərarına uyğun olaraq Əsədin səlahiyyətləri azaldılacaq, seçkidən sonra isə Əsəd hakimiyyəti "bitərəf" başqa bir ələviyə təhvil verəcək. Kortunov, sözügedən "bitərəf" ələvinin tapması ilə bağlı da danışıqlar getdiyini, hətta bir neçə belə şəxsin üzərində dayanıldığını da iddia edib.
TAHİR