Rusiyanın snayperçilərdən ibarət bir çeçen briqadasını Suriyaya göndərdiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Hələb şəhərinin rejim tərəfindən müxaliflərdən alınmasının ardından Əsədin ölkənin digər bölgələrində də nəzarəti ələ keçirməsini təmin etmək üçün yeni addımlar atmağa hazırlaşır.
“Habertürk” “The Daily Beast”ə istinadən xəbər verir ki, Rusiya prezidenti bu məqsədlə "Şama" adlı snayperçilərdən ibarət çeçen briqadasını Suriyaya göndərib.