Rumınyanın alman kökənli prezidenti Klaus Yohannis heç bir əsas göstərmədən müsəlman qadın siyasətçinin baş nazirliyə namizədliyini rədd edib. Prezident Sevil Shhaidehnin baş nazir olması və olmaması ilə bağlı müzakirələri diqqətlə izlədiyini və tatar türkü millət vəkilini, baş nazirliyə namizəd görmədiyini deyib.
Sosial Demokrat Partiyasını təmsil edən 52 yaşlı Sevil Shhaideh ölkə tarixində ilk tatar türkü müsəlman qadın baş nazir ola bilərdi.
Bir sıra kütləvi informasiya vasitələrinin məlumatına görə, Sevil Shhaideh sosial-demokratların lideri Liviu Draqneanın birbaşa adamı hesab olunur.
Shhaideh əvvəllər Rumınyanın regional inkişaf naziri vəzifəsində çalışıb. Draqnea-ın özü seçkilərdə saxtakarlıq ittihamı ilə qiyabi mühakimə olunduğundan baş nazirlik uğrunda mübarizə apara bilməz.
Dekabrın 11-də keçirilən seçkilərdə qalib gələn Sosial Demokrat Partiyası indi baş nazirliyə yeni namizəd irəli sürməlidir.