PKK uşaqları qaçıraraq İŞİD-terrroçularına satır. Baki-xeber.com xəbər verir ki, bu qorxunc iddia ilə Atatürk Universitetinin müəllimi Savaş Əyilməz çıxış edib.
O, İŞİD-in çox sayda uşaq yaraqlılarının olduğunu bildirib: "Terror təşkilatı qaçırdığı bu uşaqların bir hissəsinin hələ yetişməmiş dini duyğularından istifadə edərək, bir qismini narkotik tərkibli maddələr vasitəsilə, bir qismini də ailələrini təhdid edərək özünə sıralarına cəlb edir. İşin daha qorxunc tərəfi bu uşaqların bəzilərini canlı bomba kimi istifadə edirlər".
S.Əyilməz hesabatların birində, yaşları 9-15 arasında olan uşaqlardan yaradılmış bir birlikdə olan yaraqlıların sayının mindən çox olduğunun bildirldiyini qeyd edib: "Münaqişə bölgələrində insan, orqan və narkotik ticarətilə uzun müddətdir məşğul olan İŞİD PKK/PYD ilə əməkdaşlıq edir, bu əmnəkdaşlıq uşaq qaçırma işində də möhkəm bir şəkildə davam edir. PKK-lı terrorçuların xüsusilə ərəb, türkmən və yezidi ailələrin uşaqlarını qaçırıb, İŞİD terror təşkilatına satdığı bölgədəki İnsan Hüquqları Təşkilatı nümayəndələrinin hesabatlarında də dəfələrlə öz əksini tapıb. İŞİD-ın uşaq yaraqlıları mənbələrinin başında Suriya, İraq, Livan, Yəmən, İordaniya və İndoneziya kimi müsəlman ölkələr gəlir. Bundan başqa İŞİD-in avropalı terrorçuları tərəfindən Avropadan da uşaqlar münaqişı bölgəsinə gətirilir. İŞİD-in tərkibində onlarla ölkədən 30 mindən çox yaraqlı var".