Moldovanın yeni prezidenti İqor Dodon müdafiə naziri Anatol Şalarunu işdən azad edib. Bu barədə prezident dekabrın 27-də özünün rəsmi “Feysbuk” səhifəsində yazıb.
Keçmiş müdafiə nazirini NATO-ya rəğbətdə günahlandıran Dodon hesab edir ki, bu vəzifəni tutan adam neytral olmalıdır. “Bütün bu kimi hallar, açıq-aydın müdafiə nazirinin qarşısında duran tapşırıqlar və ölkənin suverenliyinə sığmır”, deyə o vurğulayıb.
Dodon hesab edir ki, müdafiə naziri vəzifəsini peşəkar, vicdanlı və ölkə naminə çalışan insan təyin edilməlidir.
Bundan bir gün əvvəl isə Avropa Birliyi bayrağı prezidentin iqamətgahından götürülüb.
Qeyd edək ki, rusiyapərəst prezident İqor Dodon dekabrın 23-dən səlahiyyətlərinin rəsmi icrasına başlayıb. O, hələ seçkiqabağı kampaniyalar zamanı Rusiya ilə keçmiş strateji tərəfdaşlığın bərpa ediləcəyini vəd etmişdi.