Moldovanın yeni seçilmiş prezidenti Dodonun səlahiyyətlərinin icrasına başlamasının dərhal ardından Prezident Aparatının binası üzərindəki AB bayrağı çıxarılaraq yerə atılıb.
Baki-xeber.com-un “yenisafak”a istinadən xəbərinə görə, yerli Liberal Partiyadan seçilmiş deputatlar buna etiraz etsə də, bayraq yerinə qaytarılmayıb. Prezidentin mətbuat sözçüsü İon Çeban sosial mediada yazdığı statusda "Artıq Prezident Aparatı binasında yalnız Moldova bayrağı asılacaq“ sözlərini yazıb.
Xatırladaq ki, Moldovada prezident seçkilərində Rusiyameylli İgor Dodon qalib gəlib və 23 dekabr tarixindən səlahiyyətlərinin icrasına başlayıb.