Ötən gün Soçi yaxınlığında baş vermiş təyyarə qəzasının tədqiqi zamanı terror aktı və ya təxribat ehtimalına işarə edən hər hansı bir dəlil tapılmayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX bildirib ki, təyyarənin göyərtəsində qəzaya səbəb ola biləcək hərbi yük və ya partlaya biləcək maddələr də olmayıb.
FTX-yə görə, Tu-154 təyyarəsinin düşmə ehtimalları arasında mühərrikə kənar bir cismin girməsi, mühərrikdə nasazlığa səbəb ola biləcək aşağı keyfiyyətli yanacaq istifadə edilməsi, ekipajın səhvi ya da texniki nasazlıq ehtimalları nəzərdən keçirilir.
Son məlumatlara görə, Suriyanın Lazkiye şəhərinə getmək üçün Rusiyanın Soçi şəhərindən qalxan və içərisindəki 92 nəfərlə birlikdə Qaradənizə düşən Tu-154 tipli Rusiya hərbi təyyarəsinin gövdəsi tapılıb.
Qeyd edək ki, ötən gün Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğrayıb.