Rusiya paytaxtı Moskvada polisə telefonla ard-arda gələn bir neçə bomba xəbərdarlığından dərhal sonra üç dəmiryolu stansiyası boşaldılıb.
Baki-xeber.com xəbər verri ki, rus mediası, Kazan, Yaroslav və Leninqrad qatar stansiyalarından təxminən 3 min nəfərin evakuasiya edildiyini bildirir.
Mediada yer alan xəbərlərə görə, polis telefonla bir neçə bomba xəbərdarlığı alıb. Sözügedən üç stansiya da Moskvanın mərkəzində və bir-birinə yaxında yerləşir.