Mosulun qərbində bazarın havadan bombalanması nəticəsində 20 nəfər həlak olub, 55 nəfər isə yaralanıb.
Baki-xeber.com bu barədə “Yeni şafak” qəzetinə istinadən xəbər verir. Xəbərdə deyilir ki, Ninova millət vəkili Zahid el-Hatuni hələlik mənsubiyyəti bəlli olmayan hərbi təyyarənin Mosuldan 140 kilometr aralıda Bəəs bölgəsində bazara havadan zərbələr endirdiyini, nəticədə aralarında qadınların və uşaqların da olduğu 20 dinc sakinin həyatını itirdiyini, 55 nəfərin isə yaralandığını bildirib. Onun sözlərinə görə, yaralıların bir qisminin vəziyyəti ağır olduğundan, ölü sayının artacağı istisna olunmur.
Xatırladaq ki, Bəəs bölgəsi 2014-cü ilin yazından İŞİD-in nəzarətindədir.