Yaponiyanın Xyoqo prefekturasında yerləşən penoplast məhsulları istehsalı zavodunda güclü yanğın baş verib.
Baki-xeber.com-un RİA “Novosti"-yə istinadən xəbərinə görə, yanğın sahəsi 820 kv.m olan korpuslardan birində başlayıb. Xəbərə görə, yaxınlıqda yerləşən yaşayış binasının dayanacağında 40 avtomobil yanıb, binanın sakinləri isə təxliyə olunub, xəsarət alanların olmadığı bildirilir. Lakin 230 ailə işıqsız qalıb.
Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır.