Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb. Baki-xeber.com xəbər verir ki, daxili uçuşlar keçirən və içərisində 118 nəfər olan təyyarə Maltaya enib.
2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Ancaq sonradan təyyarəni qaçıran şəxslər sərnişinləri, ardınca heyət üzvlərini buraxıb. Təyyarəni qaçıranlar özləri də da təslim olub. Liviya televiziyası onlardan birinin Qəddafi tərəfdarı partiyanın başçısı olduğunu bildirib.