Türkiyədə PKK-ın siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili saxlanılıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan bu gün səhər evində tutulub. Millət vəkili özünün “Twitter” hesabında “saxlanıldım” deyə yazıb.
Pərvin Buldan İstanbulun Bakırköy rayon polisində dindirilib. İfadə verəndən sonra sərbəst buraxılıb.