Liviyada içində 118 sərnişinin olduğu təyyarə qaçırılıb.
Baki-xeber.com-un “Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, təyyarə Maltaya endirilib.
Maltanın Baş naziri Jozef Muskat ölkənin təhlükəsizlik qüvvələrinin təyyarə ətrafında əməliyyat aparmağa hazır olduğunu bildirib. Xəbərə görə, təyyarəni qaçıranlar 2 nəfərdir.
Malta mətbuatı hava quldurlarının Qəddafi tərəfdarları olduqlarını yazır.