Fransada prezidentliyə namizəd Manuel Valls unlu hücuma məruz qalıb. Baki-xeber.com xəbər verir ki, may ayında keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq üçün baş nazir postundan istefa edib hazırlıqlara başlayan Manuel Valls Strasburqa səfər edib.
Tərəfdarları ilə görüşmək üçün buraya gedən Valls, Milad bazarını ziyarət edib. Daha sonra toplantı keçirmək üçün bazarın yaxınlığındakı bir restorana doğru gedən Valls, Fransada son vaxtlar tez-tez müşahidə edilən bir etiraz forması ilə qarşılaşıb. Belə ki, keçmiş baş nazirə bir nəfər un çuvalı atıb. Həmin şəxs dərhal ərazidən uzaqlaşdırılıb. Unlu hücumdan sonra restoranda üzünü və paltarını təmizləyən Valls, "Bu cür şeylər seçki kampaniyasını nəşələndirir, problem yoxdur" deyərək ona hücum edən şəxsi çox ciddiyə almadığı mesajını verib.