Müxalifət qüvvələr Suriyanın Hələb şəhərindən tamamilə çıxarılıb və şəhər Əsəd rejiminin nəzarətinə keçib.
Baki-xeber.com xəbər verir ki, dünən əksəriyyəti silahlı müxalifləri daşıyan 5 avtobus, 30 avtomobildən ibarət maşın karvanı mühasirə altında olan şərqi Hələbdən çıxıb. Bundan sonra bölgə tam rejimin nəzarətinə keçib.
Rejim ordusu komandanlığının yaydığı bəyanda deyilir ki, “Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edib”.
Bununla yanaşı İdlibdə müxaliflərin mühasirəsində olan şiə kəndləri - Fua və Kefreyanın sakinləri də bölgədən çıxarılıb.