BMT Baş Assambleyası səs çoxluğu ilə Suriyada törədilən hərbi cinayətlərin araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması üzrə komissiyanın yaradılması barədə qətnamə qəbul edib.
Baki-xeber.com-un “İnterfax”a istinadən xəbərinə görə, qətnamənin lehinə 105, əleyhinə 15 ölkə səs verib, 52 dövlət isə bitərəf qalıb. Xəbərdə deyilir ki, yeni orqan cinayətlərin araşdırılmasında daha öncə yaradəlmış və bu mövzuda hesabat təqdim etmiş müstəqil komissiya ilə əməkdaşlıq edəcək.
Qətnamə layihəsi Lixtenşteyn tərəfindən ABŞ, Fransa, Britaniya, İtaliya, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələr də daxil olmaqla 58 dövlətin iştirakı ilə hazırlanıb.