Rusiyanın Federal Təhlükəsizlik Xidməti Samarada iki İŞİD üzvünün ələ keçdiyini xəbər verib.
Baki-xeber.com-un “İnterfax”a istinadən xəbərinə görə, Samaranın Kirov rayonunda aparılan əməliyyat nəticəsində “İslam dövləti” terrorçu təşkilatının Orta Asiyadan olan iki üzvü saxlanıb. Onların yaşadığı yerə baxış zamanı oradan 1 kiloqram trotil ekvivalentində əldədüzəlmə partlayıcı qurğu aşkar edilərək götürülüb. Partlayıcının açıq satışda olan komponentlərdən düzəldildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanları saxlanan şəxslər ətrafında araşdırmalar aparır.