Rusiya və Türkiyə Hələbin şərqindəki dinc əhalinin və silahlı müxalifətin ərazidən çıxarılması ilə bağlı razılığa gəlib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Guardian” Türkiyənin yüksək çinli məmuruna istinadən yazır. Xəbərdə bildirilir ki, həmin razılaşma nəticəsində Hələbin şərq rayonlarındakı dinc sakinlər yaşamaq şansı əldə edib. Nəşr bildirir ki, Türkiyə kəşfiyyatı ilə Rusiya hərbiyyəsi arasında əldə olunan razılaşma özündə atəşin müvəqqəti dayandırılmasını ehtiva edir. Türkiyəli məmur deyib ki, Ankara və Moskva sözügedən ərazidəki insanların oranı tərk edərək İdlibə çatmasına qədər həyatlarına təminat verir. “İdlibə çatdıqdan sonra onlar sərbəst hərəkət edib istədikləri yerə gedə bilərlər”- o deyib.
Xatırladaq ki, daha öncə ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi Ankara ilə Moskva arasında belə bir razılaşma olduğu barədə xəbər aldıqlarını, lakin hələlik bunun təsdiqini tapmadığını bildirmişdi.