2015-ci ilin noyabrında Parisdə törədilmiş hücumları planlaşdıranlar Suriyada, ABŞ hava hücumlarında öldürülüb.
Pentaqonun bəyanatında bildirilir ki, öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.
Qrupun 2015-ci ildə Belçikada terror törətməyi planlaşdırmış daha bir üzvü Valid Həmmam da öldürülüb.
Pentaqondan bildirilib ki, hər üç şəxs hava zərbələri endirildiyi zaman Qərbin hədəflərinə qarşı hücumlar hazırlayırmış.