Keçmiş Odessa qubernatoru Mixeil Saakaşvili yeni yaratdığı partiya üçün pul yığır. Bunun üçün xüsusi sayt yaradılıb və arzu edənlər vəsaiti ora köçürə bilərlər.
Noyabrın 7-də Odessa vilayətinin qubernatorluğundan istefa verən Saakaşvili “Yeni qüvvələr hərəkatı” adlı siyasi partiya yaratdığını elan edib. O bildirib ki, məqsədi ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq və Ukraynanı güclü dövlətə çevirməkdir.
Saakaşvili indiki Ukrayna rəhbərliyini korrupsiyada, prezident Petro Poroşenkonu cinayətkar klanların başında durmaqda günahlandırır.
Qeyd edək ki, Mixeil Saakaşvili həm də keçmiş Gürcüstan prezidentidir.