ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar bundan sonra digər ölkələrdə rejimlərin devrilməsi siyasətini davam etdirməyəcək.
Baki-xeber.com bu barədə gazeta.ru-ya istinadən xəbər verir. Xəbərə görə, Tramp Seçkilərdən sonda Sinsinnati ştatında seçicilərilə keçirdiyi ilk görüşdə deyib:”Bizim məqsədimiz xaos deyil, stabillikdir. Yaxın Şərqdəki 6 trilyon dolları xatırlayırsınızmı? Biz ölkəmizi ayağa qaldırmağı düşünürük”.
Lakin bu arada Trampım daha öncə ABŞ quru qoşunlarının sayının artırılması, eyni zamanda Yaxın Şərqdə, Şərqi Avropada və Asiyanın cənub-şərqində ordu qruplaşmalarının gücləndirilməsinə dair göstəriş verdiyi də üzə çıxıb. Indi ekspertlər Trampın bu iki istiqamətdən hansına üstünlük verəcəyi üzərində baş sındırır.