Suriya müxalifətinin Türkiyənin vasitəçiliyilə Rusiya hökumətilə məxfi danışıqlar apardığı təsdiqlənib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə məlumatı Suriyanın müxalifət və inqilab qüvvələri koalisiyasının nümayəndəsi Samir Naşar verib. O deyib ki, danışıqlarda Ankaranın təsir edə biləcəyi qruplar iştirak edib.
Lakin Naşar onu da bildirib ki, danışıqlar nəticəsiz başa çatıb. Onun sözlərinə görə, buna səbəb Hələbdə dislokasiya olunmuş qüvvələrin sona qədər döyüşmək niyyətində olmasıdır.