Ukrayna dövləti Rusiya ilə teleradio sahəsində əməkdaşlıq barədə müqaviləni ləğv edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “112 Ukraina” telekanalı xəbər verib. Xəbərə görə, sözügedən qərar hökumətin 30 noyabr tarixində keçirilən iclasında qəbul olunub. Xəbəri Ukraynanın baş naziri Vladimir Qroysman da təsdiqləyib.
Bundan əlavə, həmin qərarla Informasiya müadiləsi sahəsində də əməkdaşlığa son verilib.