Ukrayna ilə Rusiya arasında hərbi gərginlik davam edir. Açıqlanan son məlumatlara görə, Rusiya Ukrayna sərhədinə 55 minlik ordu toplayıb. Baki-xeber.com xəbər verri ki, bunu Ukrayna müdafiə nazirinin müavini İqor Dolqov deyib.
O, iddia edib ki, Rusiya Ukrayna sərhədinə yaxın yerlərdə 55 min rus əsgəri toplayıb.
Qeyd edək ki, Ukrayna təlim məqsədilə Krımda, öz hava məkanı saydığı zonada raket buraxılışı həyata keçirməyi planlaşdırır. Rusiya isə bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan edərək Ukraynanı öz niyyətindən vaz keçməyə çağırıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov bildirib ki, bütün beynəlxalq sənədlərə əsasən Rusiyanın Qara dəniz üzərindəki suveren hava məkanı Kerç boğazının ortasında bitir. O, Ukraynanın Kerç boğazında təlim keçirmək fikrində olmadığını deyərək Rusiyanın reaksiyasını isterika adlandırıb.
Ancaq buna baxmayaraq, bir neçə gün əvvəl Ukraynanın Rusiyadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Ukraynanın “Zerkalo nedeli” (zn.ua) saytı yazır ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiyadakı hərbi attaşesinə məktub təqdim edib. Məktubda qeyd olunub ki, əgər Ukrayna Krım istiqamətində raket buraxarsa, Rusiya həmin raketləri vuracaq və buraxıcı qurğulara zərbələr endirəcək.
TAHİR